Sintaksis:
СТЬЮДРАСП(x;степени _свободы;хвосты)
Nəticə:
t- paylanmanı (Styudent paylanmasını) hesablayır.
Arqumentlər:
- х: t-paylanması hesablanacaq qiymət;
- степени_свободы: sərbəstlik dərəcəsini göstərən ədəd;
- хвосты: paylanmanın hesablanan “quyruqlarının” sayı:
- хвосты = 1 olduqda СТЬЮДРАСП funksiyası birtərəfli t-paylanmasını,хвосты = 2 СТЬЮДРАСП funksiyası ikitərəfli t-paylanmasını hesablayır.
Qeydlər:
- əgər hər hansı bir arqument ədəd deyildirsə, onda СТЬЮДРАСП funksiyası özünün yazıldığı xanaya #ЗНАЧ! səhvinin qiymətini yerləşdirir;
- степени _свободы < 1 olduqda СТЬЮДРАСП funksiyası özünün yazıldığı xanaya #ЧИСЛО! səhvinin qiymətini yerləşdirir;
- степени_ свободы və хвосты arqumentlərinin kəsr hissələri atılır;
- əgər хвосты 1 və 2-dən fərqli istənilən qiymət olduqda СТЬЮДРАСП funksiyası özünün yazıldığı xanaya #ЧИСЛО! səhvinin qiymətini yerləşdirir.
Комментариев нет:
Отправить комментарий